[b]Azərbaycanlı futbolçu üçün 5 milyon avro[/b]
04.12.2016 - 21:54
“Lokomotiv”in futbolçusu Aleksandr Səmədovun “Spartak”a keçidi reallaşmaq üzrədir. Apasport.az saytının məlumatına görə, azərbaycanlı oyunçu paytaxt klubu ilə 2.5 illik müqavilə imzalayacaq.
Bu barədə “Sport ekspress” nəşri xəbər yayıb. Bildirilib ki, bir müddət əvvəl “dəmiryolçular”ın heyətindən uzaqlaşdırılan yarımmüdafiəçi paytaxtın digər komandası ilə anlaşıb.
O, “Spartak”da illik 1.8 milyon avro qazanacaq.
Rusiya mətbuatında gedən digər xəbərlərə görə isə “xalq komandası” “Lokomotiv”ə onun müqabilində 5 milyon avro ödəyəcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0