[b]Azərbaycanlı futbolçu üçün hollandiyalı baş məşqçi[/b]
03.04.2017 - 21:24
[b]Azərbaycanlı futbolçu üçün hollandiyalı baş məşqçi[/b]

Azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi Yunanıstanın “Larissa” klubunda baş məşqçi dəyişikliyi baş tutub. Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi Andre Pausla anlaşıb.

 

Hollandiyalı çalışdırıcı ilə mövsümün sonuna kimi anlaşma əldə olunub.

 

O, bu postda yunan Sakis Tsolisi əvəz edib.

 

Qeyd edək ki, 26 oyundan sonra 24 xal toplayan “Larissa” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.