[b]Azərbaycanlı futbolçuları transfer etmək istəyən məşqçi qovuldu[/b]
03.01.2016 - 17:25
[b]Azərbaycanlı futbolçuları transfer etmək istəyən məşqçi qovuldu[/b]

Türkiyənin “Mərsin İdman Yurdu” klubu baş məşqçi Bülent Qorxmazla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bu barədə yerli mətbuata klubun vitse-prezidenti Senan Idin məlumat verib.

 

Idin klubdaxili iclasda bu qərarı verdiklərini və bunu Qorxmaza bildirdiklərini deyib. Mərsinlilər artıq yeni baş məşqçi üçün axtarışlara da başlayıb.

 

Qeyd edək ki, Superliqa təmsilçisi “Qarabağ”ın və milli komandanın üzvü Qara Qarayev və  “Sumqayıt”ın futbolçusu Tural Rzayevlə maraqlanır. Bu futbolçuların mərsinlilərə qoşulmasında əsas maraqlı tərəf isə baş məşqçi Bülent Qorxmaz idi.