[b]Bakı "İnter"inin aktivləri açıqlandı - 28 milyon manat[/b]
14.11.2016 - 14:00
[b]Bakı "İnter"inin aktivləri açıqlandı - 28 milyon manat[/b]

"İnter Peşəkar İdman Klubu" MMC-nin məcmu aktivlərinin həcmi açıqlanıb. Apasport.az saytı "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin  cari ilin birinci yarısına aid konsolidasiya olunmuş audit hesabatına istinadən xəbər verir ki, klubun məcmu aktivlərinin həcmi 28 milyon 296 min manatdı.

 

Qeyd edək ki, 30 iyun 2016-cı il tarixinə "İnter Peşəkar İdman Klubu" MMC-nin səhmlərinin 100%-i "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsusdu.

 

Cari ilin yanvarında kredit sazişinin tənzimlənməsi çərçivəsində bank klubun səhmlərinin 100%-nə sahib çıxıb. Məlumatda deyilir ki, klubun aktivlərinin əsas hissəsini Bakıda yerləşən stadion ("İnter Arena" - red.) təşkil edir.