[b]Bakı Olimpiya Stadionunun nizamnamə kapitalı 590 mln manat azaldı[/b]
07.06.2017 - 09:22
"Bakı Olimpiya Stadionu" MMC nizamnamə kapitalını kəskin azaldıb. "APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 590,001 mln. manatdan 1000 manatadək azalıb.
Beləliklə, nizamnamə kapitalında 590 mln. manat azalma qeydə alınıb.
0
0