[b]Balotelliyə İspaniyadan təklif[/b]
08.05.2017 - 18:55
“Nitsa”nın hücumçusu Mario Balotelli İspaniyadan təklif alıb. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, “Las Palmas” klubu 26 yaşlı forvardın xidmətində maraqlıdı.
La Liqa təmsilçisi “Supermario”nu mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. “Las Palmas” rəhbərliyi təcrübəli futbolçuya 1 illik müqavilə təklif edib. Balotelli qarşı tərəfə hələ cavab verməyib.
Qeyd edək ki, Balotelli ötən ildən “Nitsa”nın formasını geyinir. O, hazırkı komandasının heyətində ümumilikdə 27 oyunda 17 qola imza atıb.
0
0