[b]Banişevskinin ölümündən 18 il ötdü[/b]
10.12.2015 - 16:06
Ümumdünya futbol günü kimi qeyd olunan 10 dekabr tarixində Azərbaycanın futbol əfsanəsi Anatoli Banişevski dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, bu gün sabiq hücumçunun ölümündən 18 il ötür.
Karyerası ərzində yalnız “Neftçi”nin formasını geyinmiş Banişevski həmçinin 1965-1972-ci illərdə SSRİ yığmasının şərəfini qoruyub.
1981-ci ildə məşqçiliyə başlayan keçmiş “9 nömrə” “Neftçi”, “Avtomobilçi” və “Kəpəz” klublarını, eləcə də Burkina Fasonun gənclərdən ibarət yığmasını çalışdırıb.
0
0