[b]Baqali Dabo “Qarabağ”a qarşı oynayacaqmı?[/b]
29.11.2016 - 14:44
Topaz Premyer Liqasının XIII turu çərçivəsində bu gün “Qarabağ”ın qonağı olacaq “Qəbələ”nin futbolçusu Baqali Dabo sıraya dönüb. Klubdan apasport.az saytına verilən məlumata görə, fransalı hücumçu "Qəbələ”nin dünənki məşqinə qatılıb.
O, kollektivlə birlikdə hazırlıq prosesində iştirak edib. Bununla belə, baş məşqçi Roman Qriqorçuk “Qarabağ”la matçda Daboya şans verməyəcək. Çünki təcrübəli hücumçu dünənki məşqdən sonra ayağında ağrı hiss edib.
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” matçı saat 19:00-da start götürəcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0