“Real”ın hücumçusu Kərim Benzema Çempionlar Liqasında (ÇL) qollarının sayını artırıb. Apasport.az saytının məlumatına görə, fransalı forvard Dortmund “Borussiya”sı ilə (2:2) baş tutan qrup mərhələsinin son görüşündə dubl edərək mötəbər turnirdə 50-ci qolunu vurub.
88 matçda buna nail olan Benzema həmyerlisi Tyerri Anri, ukraynalı Andrey Şevçenko, isveçli Zlatan İbrahimoviç (hamısı 48 qol) və “Real”ın əfsanəsi Alfredo di Stefanonu (49 qol) geridə qoyub. Benzema bununla Çempionlar Liqasının ən məhsuldar 5-ci oyunçusu ünvanını ələ keçirib. O, yalnız Kriştianu Ronaldo (95 qol), Lionel Messi (93), Raul Qonzales (71) və Rud van Nistelroydan (56) geri qalır.
Bu görüş eyni zamanda “Real”ın baş məşqçisi Zinəddin Zidan üçün də əlamətdar olub. Zizu “kral klubu”nun keçmiş çalışdırıcısı Leo Benhakkerin rekordunu təkrarlayıb. Zidan da hollandiyalı kimi, “Real”ın “sükanı arxası”nda ardıcıl 34-cü oyunda məğlubiyyət üzü görməyib. 1989-cu ildə komandanın uğurlu seriyasına La Liqada “Selta” (0:2) son qoymuşdu. “Real” dekabrın 10-da ölkə çempionatı çərçivəsində “Deportivo” ilə görüşdə də yenilməsə, Zidan yeni rekorda imza atacaq.
İspaniyada yenilməzlik rekordu isə “Barselona”nın hazırkı çalışdırıcısı Luis Enrikeyə məxsusdu. Kataloniyalılar 2015-16 mövsümündə onun rəhbərliyi altında ardıcıl 39 qarşılaşmanı məğlubiyyətsiz başa vurublar.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı