[b]Berdıyev “Rubin”ə qayıtdı[/b]
09.06.2017 - 13:00
[b]Berdıyev “Rubin”ə qayıtdı[/b]

“Rubin”in yeni baş məşqçisi bəlli olub. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Kurban Berdıyev Kazan təmsilçisinə qayıdıb.

 

Bu barədə klub rəsmi məlumat yayıb.

 

Berdıyev “Rubin” üçün tanış simadı. O, 2001-2013-cü illərdə kazanlıların baş məşqçisi olub. Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Rubin” 2 dəfə (2008, 2009) Rusiya çempionu, 2 dəfə ölkə superkuboku (2010, 2012), həmçinin Rusiya kubokunun (2012) qalibi adını qazanıb.

 

Qeyd edək ki, Berdıyev “Rubin”ə qayıdana qədər “Rostov” klubunu çalışdırıb.