[b]Beyl və Karvahal finala yetişəcək?[/b]
12.05.2017 - 17:42
[b]Beyl və Karvahal finala yetişəcək?[/b]

“Real”ın müdafiəçisi Daniel Karvahal və hücumçusu Qaret Beylin durumuna aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, adıçəkilən futbolçular Çempionlar Liqasının final matçına yetişə biləcəklər.

 

İyunun 3-də “Yuventus”la keçiriləcək həlledici qarşılaşmaya qədər Beyl və Karvahalın tam sağalacağı açıqlanıb. Bununla belə, onlar La Liqanın son 3 turunda komandaya kömək edə bilməyəcəklər.

 

Qeyd edək ki, “Yuventus” – “Real” oyunu Kardiffin “Millennium” stadionunda keçiriləcək.