[b]“Barselona” – “Yuventus” matçı iyulda da keçiriləcək - rəsmi[/b]
12.04.2017 - 17:42
[b]“Barselona” – “Yuventus” matçı iyulda da keçiriləcək - rəsmi[/b]

Yay fasiləsində təşkil ediləcək Beynəlxalq Çempionlar Kuboku turnirinin bütün iştirakçıları və təqvimi müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarışda Avropanın 14 nəhəng klubu mübarizə aparacaq.

 

İyulun 18-də start götürəcək turnir 3 ölkədə - ABŞ, Çin və Sinqapurda keçiriləcək. Təqvim belədi:

 

ABŞ-da keçiriləcək oyunlar

19 iyul. “Roma” - PSJ

20 iyul. “Mançester Yunayted” – “Mançester Siti”

22 iyul. “Barselona” – “Yuventus”

22 iyul. “Tottenhem” - PSJ

23 iyul. “Real” - “Mançester Yunayted”

25 iyul. “Tottenhem” – “Roma”

26 iyul. PSJ – “Yuventus”

26 iyul. “Barselona” - “Mançester Yunayted”

26 iyul. “Real” - “Mançester Siti”

29 iyul. “Real” – “Barselona”

29 iyul. “Tottenhem” - “Mançester Siti”

30 iyul. “Roma” – “Yuventus”

 

Çində keçiriləcək oyunlar

18 iyul. “Milan” – “Borussiya” (Dortmund)

19 iyul. “Bavariya” – “Arsenal”

22 iyul. “Bavariya” – “Milan”

24 iyul. “İnter” – “Milan”

 

Sinqapurda keçiriləcək oyunlar

25 iyul. “Çelsi” – “Bavariya”

27 iyul. “Bavariya” – “İnter”

29 iyul. “Çelsi” – “İnter”