Azərbaycan millisinin sabiq futbolçuları biabırçılıqla üzləşiblər. Apasport.az saytının məlumatına görə, futbol meydanlarında dəfələrlə darmadağınla üzləşən veteranlarımız bu dəfə İranda başıaşağı olublar.
Cənub qonşularımız artistlərdən təşkil olunan yığmalar arasında beynəlxalq turnir təşkil etsə də, Azərbaycanı yarışda incəsənət xadimləri deyil, futbolçular təmsil edib. Düzdü, “World Artists 7-Man Football Match” adlı turnirin mükafatlar uğrunda mübarizə aparan digər komandalar da heyətinə bir neçə peşəkar futbolçu qatıb.
Lakin Azərbaycan millisində “artist”lərin çoxluğu fonunda incəsənət xadimləri kölgədə qalıb. Vaxtilə milli komandamızda oynamış Arif Əsədov, Alim Qurbanov, Ramiz Məmmədov, Kənan Kərimov, Əli Abışov, Ədəhim Niftəliyev, həmçinin müxtəlif klublarda çıxış etmiş Elşad Quliyev və qapıçı İlqar Ağazadənin yer aldığı “artistlər yığması”nda meyxanaçı Vüqar da yer alıb. Təbii ki, yeniyetmələr arasında dünya və Avropa çempionu olan Əsədov kimi veteranla eyni komandada oynamaq gücündə olmayan sonuncu elə ehtiyatda qalıb.
Ulduz heyətinə görə yarışın əsas favoriti olan və kuboku qazanacağı gözlənilən komandamız İranda biabırçı nəticəyə imza atıb.
Belə ki, sabiq futbolçularımız başqa ölkələrin artistləri ilə oyunlarda da uğur qazana bilməyib. Nəticədə ulduzlarımız qrup mərhələsini adlaya bilməyib.
Qeyd edək ki, millimizlə birlikdə Braziliya, Almaniya, Yunanıstan, Macarıstan, Yaponiya, Qazaxıstan, Polşa, İsveç və Türkiyənin də mübarizə apardığı turnirin final matçında İranla Rumıniya qarşılaşıb. Həlledici görüşdə meydan sahibləri 4:1 hesabı ilə qalib gəlib.
Mənbə: azerifootball.com
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”