[b]Bir “ölü”, beş yeni[/b]
09.09.2017 - 16:15
[b]Bir “ölü”, beş yeni[/b]

Bu gün I divizionda oynaması təsdiqlənən və bunun üçün möhlət qazanan klubların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, 16 komandadan ibarət ümumi siyahı ilə bağlı məqamlar diqqət çəkir.

 

I divizionun ötən mövsümü ilə müqayisədə diqqətdən yayınmayan məsələlər var.

 

Ötən çempionatda 14 komanda iştirak etmişdisə, bu dəfə rəqəm 8 də ola bilər, 16 da.

 

Bir il əvvəlki “14-lüy”ün ikisi – “Şərurspor” və “Rəvan” çempionat başa çatmamış yarışlardan çıxarılmışdı. Danışılmış oyunlarda iştirakda ittiham olunanların geri dönüşü də gözlənilən deyildi. Yerdə qalan 12 komandadan biri – “Səbail” artıq Premyer Liqadadı.

 

Amma “11-lik”də itki də diqqət çəkir. Bu dəfə “Şəmkir” yeganə “ölü” rolundadı. Qərb təmsilçisi tarixində artıq neçənci dəfədi bu aqibəti yaşayır.

 

Yenidən divizionda oynamaq istəyən 10 klubdan 6-nın iştirakı dəqiqləşibsə, 4-nün hələ sənədləşmə işlərinə ehtiyacı var.

 

I divizionda Premyer Liqanı tərk edib, AZAL adını “Şüvəlan”a dəyişən paytaxt klubu da oynayacaq. Onlar da digər 6 komanda kimi iştiraka icazə alıb. Buna nail olan sonuncu – 8-ci komanda isə “Vətən”di. Bu komanda aşağı liqa üçün yeni iştirakçı sayılır. Çünki ötən mövsüm burada çıxış etməyib.

 

“Yox olan” “Şəmkir”in əvəzinə gələnlər isə təkcə “Vətən” deyil. İştirakımı təsdiqləmək üçün vaxt alan 4 komandanı da “Vətən” kimi yeni saymaq olar. Düzdü, onlardan ikisi – “Karvan”la “Göyçə” əvvəllər də peşəkar səviyyəli yarışlarda mübarizə aparıb. Lakin hər iki komanda müəyyən fasilədən sonra PFL-in bayrağı altında çıxış edəcək. Bu üzdən də ötən mövsümlə müqayisədə yeni olacaq.

 

Digər iki komanda isə ilk dəfə buna nail olacaq. Təbii ki, zəruri sənədləri toplasa. Bunlar “Binə” və “Xəzər”di. Sonuncular tanış ad olsa da, yeni komandadı. Ölkə çempionatlarında Sumqayıtın və Lənkəranın “Xəzər” klubları, həmçinin “Xəzər Lənkəran” oynayıb. Amma bu dəfəki “Xəzər” Bakını təmsil edir.

 

İştirakı dəqiqləşənlər

Premyer Liqadan düşən

“Şüvəlan”

Ötən mövsümdən qalanlar

“Mil-Muğan”

“Qaradağ Lökbatan”

“Turan-Tovuz”

“Ağsu”

“Zaqatala”

MOİK

Ötən mövsüm olmayan

“Vətən”

 

Vaxt verilənlər

Ötən mövsümdən qalanlar

“Şahdağ Qusar”

“Göyəzən”

 “Energetik”

“Bakılı”

Ötən mövsüm olmayanlar

“Binə”

“Göyçə”

“Xəzər”

“Karvan”

 

Ötən mövsümün “yox olan”ı

“Şəmkir”

 

 

0