[b]Bir il sonra futbola döndü[/b]
12.10.2017 - 00:02
“Tottenhem”in uzun müddətdir yaşıl meydanlara həsrət qalan iki oyunçusu nəhayət sıraya dönüb. Apasport.az saytının məlumatına görə, hər iki futbolçu ümumi qrupla məşqə başlayıb.
Sol diz bağları qırılan, əməliyyat olan və fevral ayından bəri heç bir hazırlığa qatılmamış Derri Rouz axır ki, məşqlərə start verib.
London klubunun daha bir oyunçusu – bir ildir budundakı zədə səbəbindən matçlardan uzaq qalan Erik Lamela da çalışmaları bərpa edib.
Qeyd edək ki, hər iki oyunçunun noyabrda tam olaraq hazır olacaqları gözlənilir.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0