Azərbaycan Premyer Liqasının XI turu iki rekordla əlamətdar olub. Hər iki göstərici tamaşaçı sayında gerçəkləşib. 13300 azarkeş toplayan “Kəpəz” – “Qarabağ” görüşü 2017/18 mövsümünün ən çox tamaşaçı toplayan oyunu olub.
Qonaqların 2:0 hesabı ilə qalib gəldiyi Gəncədəki matç bu şəhərdə keçirilmiş daha bir oyunu – “Kəpəz” – “Neftçi” qarşılaşmasını arxada qoyub. Belə ki, əvvəlki 10 turun ən çox izləyici yığan matçı IX turun oyunu idi (8000).
Ümumiyyətlə, XI tur ən çox azarkeş toplaması ilə də diqqət çəkib. Turun görüşlərini 17 min 400 tamaşaçı izləyib. Bu da mövsümün rekordudur. Bunadək rekord IX tura aid idi – 12 min 550 tamaşaçı.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI