[b]Biri gəlir, biri gedir...[/b]
27.01.2017 - 15:27
[b]Biri gəlir, biri gedir...[/b]

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor” transfer çalışmalarını davam etdirir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Qara dəniz təmsilçisi daha bir futbolçu ilə güclənib.

 

Belə ki, “Napoli”nin yarımmüdafiəçisi Omar El Kadduri Superliqa təmsilçisi ilə anlaşıb. Ancaq 26 yaşlı futbolçu “Trabzonspor”da gələn mövsümdən çıxış edəcək. “Napoli” ilə anlaşma müddəti yayda bitəcək mərakeşli oyunçu Türkiyə təmsilçisinə havayı keçəcək və 2 milyon avro müqavilə pulu qazanacaq. Onun yeni klubunda illik məvacibi isə 1,5 milyon avro təşkil edəcək.

 

Heyətində “təmizləmə işləri” də aparan “Trabzonspor” hücumçu Hyun-Yun Sukla yollarını ayırmaq qərarına gəlib. “Bordo-mavililər” ötən yayda “Porto”dan 750 min avro müqabilində birillik icarəyə götürülən oyunçunun xidmətində artıq maraqlı deyillər. “Akhisar”lı Uqo Rodalleqanın transferindən sonra koreyalını “qara siyahı”ya salan rəhbərlik onun müqavilə ilə məxsus olduğu “Porto” klubuna dönməsini istəyib.

 

Bundan əlavə, “Trabzonspor” Ramil Şeydayevə və toqolu müdafiəçi Serge Akakpoya da yeni komanda axtarışındadı.