Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında çempion olan 23 yaşadək futbolçulardan ibarət yığmamız bu uğuru 17 oyunçu ilə qazanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə yarış üçün sifariş etdiyi 23 oyunçudan altısına şans verməyib.
5 qarşılaşmada 17 oyunçuya güvənən mütəxəssis bütün görüşlərdə meydana çıxan “onluğ”a bel bağlayıb. Belələrindən 4-ü əvəzolunmaz sima olub. Qapıçı Şahrudin Məhəmmədliyev, həmçinin sahə oyunçuları Ağabala Ramazanov, Ruslan Abışov və Azər Salahlı 450 dəqiqə çempionluq mübarizəsi aparıb. Əvəzolunmazlardan ikisi – Ruslan və Ağabala yaşı 23-dən yuxarı olan üç “yaşlı” kimi yarışa qatılıb. Digər belə oyunçu Rəşad Sadiqov, həmçinin Sadiq Quliyev, Mahir Mədətov, Məqsəd İsayev, Elşən Abdullayev və Coşqun Diniyev də bütün oyunlarda forma geyinib.
Azad Kərimov, Elnur Cəfərov, Yusif Nəbiyev və Fəhmin Muradbəyli, həmçinin Tərlan Əhmədli ilə Emil Balayev isə İsıamiadanın qızıl medalını meydana çıxmadan qazanıb.
Komandamızın qollarına gəlincə, 6 qola 4 futbolçu imza atıb. “Yaşlılar” Ruslan Abışovla Ağabala Ramazanov, həmçinin Məqsəd İsayev və Elşən Abdullayev hərəyə 1 dəfə fərqlənib. Ən yaxşı bombardirimiz Mahir Mədətov isə 2 dəfə fərqlənib. Yarışın ən məhsuldar oyunçusu isə fələstinli Oday Dabaq olub. Onun hesabında 3 qol var.
5 oyunda cəmi 9 sarı vərəqə ilə cəzalanan yığmamızda Ağabala ilə Məqsəd “fərqlənib”. Onlar hərəyə 2 dəfə xəbərdarlıq görüb. Digər 5 futbolçu 1 dəfə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, yığmamız qrupda Kamerun (0:0), Səudiyyə Ərəbistanı (2:0), Mərakeş (0:0), yarımfinalda Əlcəzair (2:0), finalda Omanla (2:1) qarşılaşıb.
|
futbolçu |
oyun |
dəqiqə |
qol |
sarı |
qırmızı |
|
Şahrudin Məhəmmədliyev |
5 |
450 |
-1 |
0 |
0 |
|
Ağabala Ramazanov |
5 |
450 |
1 |
2 |
0 |
|
Ruslan Abışov |
5 |
450 |
1 |
0 |
0 |
|
Azər Salahlı |
5 |
450 |
0 |
0 |
0 |
|
Sadiq Quliyev |
5 |
449 |
0 |
0 |
0 |
|
Mahir Mədətov |
5 |
437 |
2 |
1 |
0 |
|
Məqsəd İsayev |
5 |
434 |
1 |
2 |
0 |
|
Elşən Abdullayev |
5 |
400 |
1 |
0 |
0 |
|
Rəşad Sadiqov |
5 |
381 |
0 |
0 |
0 |
|
Coşqun Diniyev |
5 |
321 |
0 |
1 |
0 |
|
Vüqar Mustafayev |
4 |
327 |
0 |
1 |
0 |
|
Elvin Camalov |
4 |
118 |
0 |
1 |
0 |
|
Adil Nağıyev |
3 |
69 |
0 |
0 |
0 |
|
Tellur Mütəllimov |
3 |
19 |
0 |
1 |
0 |
|
Orxan Əliyev |
3 |
15 |
0 |
0 |
0 |
|
Rahil Məmmədov |
2 |
135 |
0 |
0 |
0 |
|
Mirabdulla Abbasov |
1 |
45 |
0 |
0 |
0 |
|
Azad Kərimov |
0 |
0 |
0 |
0 |
0 |
|
Tərlan Əhmədli |
0 |
0 |
0 |
0 |
0 |
|
Elnur Cəfərov |
0 |
0 |
0 |
0 |
0 |
|
Yusif Nəbiyev |
0 |
0 |
0 |
0 |
0 |
|
Emil Balayev |
0 |
0 |
0 |
0 |
0 |
|
Fəhmin Muradbəyli |
0 |
0 |
0 |
0 |
0 |
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA