[b]Bombardirin üç şəriki[/b]
03.12.2016 - 10:11
Azərbaycan kubokunun bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin ilk oyun günü 3 futbolçunun liderliyə şərik çıxması ilə nəticələnib.
Buna həmin futbolçuların bir görüşdə 2 qol vurmaqları səbəb olub. “İnter”in üzvləri Ağabala Ramazanovla Ruslan Abışov “Qaradağ-Lökbatan”ın, AZAL-ın legioneri David Canelidze “Rəvan”la matçda dubla imza atıb.
Bununla da onlar bombardirlər yarışının lideri Rəhman Musayevə çatıblar. “Turan Tovuz”un hücumçusu “Bakılı” ilə 1/16 final matçında dubl etmişdi.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0