[b]Bravonun əvəzinə Navas[/b]
17.03.2017 - 09:58
[b]Bravonun əvəzinə Navas[/b]

Madrid “Real”ının qapıçısı Keylor Navas karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, kosta-rikalı qolkiperlə “Mançester Siti” yaxından maraqlanır.

 

“Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola rəhbərliklə söhbətində Klaudio Bravonun satılmasına razılaşdığını və onun əvəzinə Keylor Navası komandasında görmək istədiyini bildirib.

 

Premyer Liqa təmsilçisi təcrübəli qapıçını mövsümün sonunda heyətinə qatmaq niyyətindədi. İspanların təklifi necə cavablandıracağı maraqla gözlənilir.  

 

Qeyd edək ki, Navas 2014-cü ildən “Real”ın formasını geyinir.