“Qarabağ” avrokubok oyununda iki qolu penaltidən vuran ilk Azərbaycan klubu olub. Apasport.az saytının məlumatına görə, bu hadisə Çempionlar Liqasının II təsnifat mərhələsinin “Samtredia” ilə ev matçında yaşanıb.
Əfran İsmayılovla Dino Ndlovu davam edən matçın ilk yarısında 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 1994-cü ildə avrokubokda debüt edən komandalarımız indiyədək heç vaxt bir oyunda penaltidən 2 qol vurmamışdı.
Düzdü, iki dəfə oyunda bu qədər penalti yerinə yetirilib. Lakin hər iki halda zərbələrdən biri qolla nəticələnibsə, digəri dəqiq olmayıb.
2014/15 mövsümündə “İnter” “Tiraspol”la, 2016/17 mövsümündə isə “Qəbələ” “Anderlext”lə görüşdə iki penalti şansından birini qola çevirib.