[b]Bu gün 60, sabah 90[/b]
02.12.2016 - 13:23
[b]Bu gün 60, sabah 90[/b]

Azərbaycan kubokunun bu gün start götürəcək 1/8 final mərhələsinin qarşılaşmaları iki komanda üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, ölkənin köklü klublarından olan “Kəpəz”lə MOİK fərqli günlərdə yubiley qeyd edəcək.

 

Az sonra başlayacaq matçda “Sumqayıt”ı sınağa çəkəcək “hərbçilər” üçün bu görüş 60-cı kubok oyunu olacaq. İndiyədək 16 qələbə qazanan MOİK 8 heç-heçə edib və 35 dəfə uduzub. Rəqib qapılarına 52 top vuran bakılılar 91 qol buraxıb.

 

Sabah “Şahdağ”ın qonağı olacaq “Kəpəz” isə 90-cı matçını keçirəcək. Qərblilər qələbə qazansa, “5”ləri qoşalaşdıracaq. Çünki bu, onların 55-ci zəfəri ola bilər. 54 dəfə qalib gələn gəncəlilər 14 heç-heçə edib və 21 dəfə uduzub. 167 qol vuran komanda 85 dəfə rəqiblərinin sevinməsinə üzülüb.