[b]Budaq Nəsirov öz yerinə sadiqdi[/b]
29.09.2016 - 01:31
Portuqaliya Sequndasında 9-cu tur başlayıb. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası evdə “Piedad”la qarşılaşıb.
Görüş Lissabon klubunun 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Budaq Nəsirov isə adətən olduğu kimi bu dəfə də ehtiyat oyunçular skamyasındakı yerinə sadiq qalıb.
Qeyd edək ki, hazırda hesabında 8 xal olan “Sportinq B” 22 komanda arasında 17-ci pillədə qərarlaşıb.
0
0