[b]Budaq Nəsirov üçün bir saatdan bir dəqiqə az[/b]
06.11.2016 - 00:37
[b]Budaq Nəsirov üçün bir saatdan bir dəqiqə az[/b]

Portuqaliya Sequndasında XIV tura start verilib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq” B bu turda öz meydanında “Santa Klara”yla qarşılaşıb.

 

Təmsilçimizin start heyətində meydana çıxdığı və 59 dəqiqə oyunda olduğu qarşılaşma 3:1 hesabıyla Lissabon təmsilçisinin xeyrinə nəticələnib.

 

Yarımmüdafiəçimiz əvəz olunarkən hesab 1:1 olub.

 

Qeyd edək ki, 14 turdan sonra hesabında 21 xal olan “Sportinq B” 22 komanda arasında 7-ci pillədə qərarlaşıb.