[b]Buffon, "azərbaycanlı" və azərbaycanlı[/b]
03.11.2016 - 11:06
[b]Buffon, "azərbaycanlı" və azərbaycanlı[/b]

İtaliyanın “Yuventus” klubunun futbolçusu Canluici Buffon Çempionlar Liqasında 100-cü oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ev oyununda Fransa “Lion”u ilə 1:1 hesablı heç-heçə edən Turin təmsilçisinin 38 yaşlı qolkiperi yarışın tarixində 100-ü arxada qoyan 5-ci qapıçı olub.

 

Nəinki qapıçı, ümumiyyətlə bütün oyunçular arasında mütləq rekord ispaniyalı İker Kasilyasa məxsusdu – 159. Qolkiperlər arasında 2-ci pillədə çexiyalı Pert Çex qərarlaşıb. Onun hesabında 111 oyun var. İspaniyalı Viktor Valdes 106, almaniyalı Oliver Kan 103 matça çıxmaqla siyahıda yer alıblar.

 

Azərbaycan klublarının heyətində Çempionlar Liqasında ən çox oyun keçirən qapıçıların “beşliy”i də maraq doğurur.

 

Təbii ki, Buffonla müqayisə gülüncdü. Çünki bütün klublarımız birlikdə cəmi 54 oyun keçiribsə, qapıçının 100-dən dəm vurmasının heç yeri yoxdu. Qitənin ən nüfuzlu klub turnirində ən çox oyun keçirən qolkiperimizə gəlincə, bu, “Qarabağ”da 12 oyuna çıxan Bosniya və herseqovinalı İbrahim Şehiçdi. Lakin həm o, həm də klublarımızda çıxış etmiş digər legionerlər Azərbaycana gələnədək də Çempionlar Liqası həyəcanı yaşayıblar. Lakin onların göstəricilərinin cəmi də o qədər yüksək deyil.

 

Azərbaycanlı qapıçılar arasında rekordun sahibi isə Hüseyn Məhəmmədovdu. O, Çempionlar Liqasında 10 matça çıxıb. Buffondan 10 dəfə geri qalan Məhəmmədovu Rauf Mehdiyev (7 oyun), Saşa Stamenkoviç (5 oyun) və Svilen Semyonov (4 oyun) izləyir.