[b]Buffon Zanettini keçdi, irəlidə Maldini var[/b]
03.04.2017 - 01:49
[b]Buffon Zanettini keçdi, irəlidə Maldini var[/b]

İtaliya A seriyasının XXX turunda “Yuventus” səfərdə “Napoli” ilə 1:1 hesablı bərabərliyə razılaşıb. Apasport.az saytının məlumatına görə, matçda start heyətində başlayan və 90 dəqiqə meydanda olan turinlilərin əfsanəvi qapıçısı bununla da A seriyasında 615-ci matçını keçirib.

 

Bu göstərici ilə “İnter”in argentinalı keçmiş oyunçusu Xavier Zanettiyə çatan Cici sıralamada ikinci pilləyə yüksəlib. İtaliya yüksək liqasında ən çox oyun keçirən isə bir başqa əfsanə Paolo Maldinidir.

 

Karyerası boyunca “Milan”a sadiq qalan müdafiəçi 647 dəfə meydana çıxıb.

 

İlk beşlik isə aşağıdakı kimi sıralanıb.

 

1. Paolo Maldini – 647

2. Canluici Buffon – 615

3. Xavier Zanetti – 615

4. Françesko Totti – 613

5. Canlyuka Palyuka – 592