[b]Buffondan möhtəşəm göstərici[/b]
06.11.2016 - 18:22
[b]Buffondan möhtəşəm göstərici[/b]

İtaliya A seriyasının XII turu çərçivəsində baş tutan “Kyevo” - “Yuventus” oyunu Canluici Buffon üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, bu görüş əfsanəvi qapıçı üçün A seriyasında 600-cü matç olub.

 

Bununla da o, A seriyasında ən çox oyun keçirən qapıçı olub.

 

Ümumilikdə isə İtaliya birinciliyində ən çox oyun keçirən futbolçu Paolo Maldinidir – 647 matç. 615 görüşdə meydana çıxan Xavier Zanetti ikinci, 607 qarşılaşma oynamış Totti isə üçüncüdür.

 

Qeyd edək ki, Buffon A seriyasında 1995-ci ildə debüt edib. O, həmin ilin 19 noyabrında “Parma”nın heyətində “Milan”a qarşı oynamışdı.