“Yuventus”un və İtaliya yığmasının qapıçısı Canluici Buffon rekorda imza atmağın astanasındadı. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı qolkiper bunu A seriyasında reallaşdırmağa çox yaxındı.
“Qoca sinyora”nın “Atalanta” ilə görüşündə də qapısının toxunulmazlığını qoruyub saxlayan “Cici” A seriyasında qol buraxmadığı oyunların sayını 9-a, “quru dəqiqələr”in sayını isə 836-ya çatdırıb.
Hazırkı məqamda Buffon Sebastyano Rossi (929 dəqiqə) və Dino Zoffdan (903 dəqiqə) sonra 3-cü pillədə qərarlaşıb.
Əgər o, daha 94 dəqiqə qapısının toxunulmazlığını saxlaya bilsə, mütləq rekorda imza atacaq.
Azərbaycan çempionatları tarixində ən uzun müddət qol buraxmayan qapıçı Nizami Sadıqovdu. “Turan”ın sabiq qolkiperi 1106 dəqiqə rəqib oyunçuların fərqlənmək arzusunu ürəklərində qoyub. Bu isə o deməkdi ki, hazırda Sadıqovla Buffon arasında 270 dəqiqəlik, yəni 3 oyunluq fərq var.
Qeyd edək ki, dünya rekordu isə braziliyalı çərçivə qoruyucusu Mazaropiyə məxsusdu (1816 dəqiqə).
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?