[b]Bundesliqa klubu psixoloqa ehtiyac duydu[/b]
01.03.2017 - 10:01
Almaniya Bundesliqasının XXII turunda “Bavariya”ya biabırçı hesabla məğlub olan “Hamburq”da qeyri-adi addım atılıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, klub 0:8 hesablı yenilginin unudulması üçün psixoloqa ehtiyac duyub.
Futbolçuların toparlanması üçün “Hamburq” rəhbərliyi məşhur psixoloq Kristian Sprekelslə anlaşıb. Onun vəzifəsi oyunçularla fərdi söhbətlər aparmaq və onları qarşıdakı oyunlara hazırlamaqdı.
Qeyd edək ki, “Hamburq” “Bavariya” ilə son 4 səfər matçının hamısında böyükhesablı məğlubiyyətə düçar olub – 2:9, 0:8, 0:5, 0:8.
0
0