[b]Bundesliqanın ən yaxşılarını futbolçular seçdi[/b]
06.06.2017 - 20:45
[b]Bundesliqanın ən yaxşılarını futbolçular seçdi[/b]

Almaniya Bundesliqasında başa çatan 2016/17 mövsümünün ən yaxşıları bəlli olub. Apasport.az saytının məlumatına görə, “Kicker” nəşrinin ənənəvi olaraq keçirdiyi və son mövsüm Bundesliqada çıxış etmiş 248 futbolçunun qatıldığı sorğunun nəticəsinə əsasən, ən yaxşı futbolçu, qapıçı, baş məşqçi və hakim bəlli olub.

 

Bütün səslərin 25%-ni toplayan Robert Levandovski hamını qabaqlayıb. Polşalı futbolçunu 15.7%-lə “Leypziq”in üzvü Nabi Keyta və “Borussiya”lı Pyer Emerik Obameyanq (10.5%) izləyib.

 

Son çempion “Bavariya”nın “çərçivə qoruyucusu” Manuel Noyer 32.7 faiz səslə mövsümün ən yaxşı qapıçısı olub.

 

“Hoffenhaym”ın gənc – 29 yaşlı baş məşqçisi Yulian Nagelsman səslərin 44.8%-ni toplayaraq Bundesliqada 2016/17 mövsümünün ən yaxşı çalışdırıcısı seçilib.

 

Ən yaxşı hakimlərin sıralamasında isə Manuel Qrafa (26.6%) birinci, Feliks Brix (12.1%) ikinci, türk əsilli Deniz Aytekin isə (10.5%) üçüncü olub.

 

Maraqlıdı ki, Bundesliqada forma geyinən futbolçular dünyanın ən yaxşısı oyunçusu kimdi sualını da cavablandırıblar. 42.3% səs yığan Ronaldo birinci, respondentlərin 41.1%-nin etimadını qazanan Lionel Messi isə ikinci olub.