[b]Almaniya – Azərbaycan: Həmişə “bolşe”[/b]
09.10.2017 - 10:35
[b]Almaniya – Azərbaycan: Həmişə “bolşe”[/b]

Almaniya millisi Azərbaycan yığmasına ən çox qol vuran komanda adına yiyələnib. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin Kayzerslauterndəki görüşündə 5:1 hesablı qələbə qazanan Bundestim millimizin qapısından keçirdiyi topların sayını 24-ə çatdırıb.

 

İndiyədək qarşılaşdığımız rəqiblərdən heç biri qapımıza bu qədər qol vurmayıb. Almanlar 24 qolu 6 qarşılaşmada vurub. Bu da orta hesabla hər matça 4 top deməkdi.

 

Bu matçadək rekord Polşaya məxsus idi. “Panlar” komandamızı 20 qola qonaq etmişdi. Hesabında 19 top olan Almaniya ikinci idisə, Kayzerslauterndə ilk sıraya yüksəldi.

 

DÇ-2010-nun seçmə mərhələsi

12 avqust 2009. Bakı. DÇ. Azərbaycan – Almaniya – 0:2
9 sentyabr 2009. Hannover. DÇ. Almaniya – Azərbaycan – 4:0
 

AÇ-2012-nin seçmə mərhələsi

7 sentyabr 2010. Köln. AÇ. Almaniya – Azərbaycan – 6:1
7 iyun 2011. Bakı. AÇ. Azərbaycan – Almaniya – 1:3

 

DÇ-2018-in seçmə mərhələsi

26 mart 2017. Bakı. DÇ. Azərbaycan – Almaniya – 1:4

8 oktyabr 2017. Kayzerslautern. Almaniya - Azərbaycan – 5:1

 

Qeyd edək ki, yığmamızı ən çox məyus edənlər sırasında 3-cü yerdə Portuqaliyadı – 18 qol.