[b]Burak Yılmaz yenidən Türkiyədə[/b]
06.08.2017 - 14:57
[b]Burak Yılmaz yenidən Türkiyədə[/b]

Türkiyə milli komandasının hücumçusu Burak Yılmaz karyerasını yenidən vətənində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, oyunçu “Trabzonspor”la anlaşıb.

 

Çinin “Beijinq Qoan” komandasında oynayan hücumçu üçün 3 milyon 500 min avro ödənəcək. Futbolçu özü də 3 illik müqavilə qarşılığında ilinə bu qədər qazanacaq.

 

Qeyd edək ki, Burak Türkiyədə 4 böyük klubun hamısında oynamış iki futbolçudan biridir. Daha əvvəl Türkiyə futbolunun əfsanəsi Sərgən Yalçın da “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”da oynayıb.