[b]CAS Blatterə “Yox!” dedi[/b]
06.12.2016 - 20:51
[b]CAS Blatterə “Yox!” dedi[/b]

FİFA-nın keçmiş prezidenti Yozef Blatterin İdman Arbitraj Məhkəməsinə (CAS) müraciəti rədd edilib. Apasport.az saytının məlumatına görə, keçmiş futbol funksioneri ona verilmiş futboldan 6 il müddətinə uzaqlaşdırma cəzasına etiraz edirdi.

 

Ancaq qurumun Lozanna bu gün təşkil olunana iclasında cəza qüvvədə saxlanılıb. 80 yaşlı keçmiş prezident taleyi ilə barışmalı olub.

 

Qeyd edək ki, Blatter və UEFA-nın keçmiş prezidenti Mişel Platini 2015-ci ildə rüşvət qalmaqalı səbəbi ilə postlarından uzaqlaşdırılmış və 8 illik cəzalandırılmışdılar. Bu ilin fevralında isə isə cəzaları azaldılaraq 6 ilə endirilmişdi.