[b]Cavidin biri komanda ilə, digəri ayrı məşq etdi[/b]
02.11.2017 - 22:42
[b]Cavidin biri komanda ilə, digəri ayrı məşq etdi[/b]

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində doğma azarkeşləri önündə “Keşlə”ni qəbul edəcək “Sumqayıt” oyuna hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Samir Abasovun yetirmələri bu gün saat 17:00-da “Kapital Bank Arena”da növbəti məşqini keçirib.

 

Ötən tur “Neftçi” ilə oyunun gedişində yüngül zədə alan Cavid İmamverdiyev artıq kollektivə qoşulub. Cavid Tağıyev isə fitnes zalında məşq edib.

 

Bundan başqa, əvəzedici heyətin 4 futbolçusu da komandanın məşq prosesində iştirak edib. 1,5 saat davam edən məşq prosesində daha çox toplu çalışmalara üstünlük verilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.

Qeyd edək ki, “Sumqayıt” – “Keşlə” qarşılaşması 4 noyabr, saat 18:00-da başlayacaq.