Bu gün futzal üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, mərhələsinin son oyununda ölkə çempionu “Araz” aşağı liqa təmsilçisi “Yasamal-2” ilə qarşılaşıb.
Görüş sensasiya ilə nəticələnib. Belə ki, yasamallılar gözlənilmədən 8:7 hesabı ilə qalib gələrək, yarımfinala yüksəliblər.
Azərbaycan kuboku
1/4 final
7 may
“Araz” - “Yasamal-2” - 7:8
Qollar: R. Tolouei, 2:18, O. Rüstəmli, 3:15, A. İsmayılov, 18:58, 32:18, E. Borges, 24:39, 38:49, A. Məmmədov, 34:49 // H. Camalzadə, 5:30, 6:57, R. Hüseynov, 10:02, A. İsayev, 11:35, 35:00, O. Allahverdiyev, 26:21, B. Baxışov, 31:32, V. Rəcəbov, 35:27
Sarı vərəqə: H. Camalzadə, 4:13
Hakimlər: Ramil Namazov, Anar Fərəcov, Hikmət Qafarlı
Hakim-inspektor: Tofiq Şükürov
Bakı İdman Sarayı
"Araz": 19. Anar Məmmədov (q), 4. Kardosa Everton Qalo, 2. Adil İsmayılov, 14. Oktay Rüstəmli, 15. Reza Tolouei, 1. Rövşən Hüseynli (q), 6. Eduardo Borges (k), 5. İsa Atayev, 7. Ramiz Çovdarov
Məşqçi: Ağakərim Həsənov
“Yasamal-2”: 88. Ceyhun Nağıyev (q), 9. Rüfət Hüseynov (k), 7. Vüqar Rəcəbov, 10. Bəxtiyar Baxışov, 11. Həbib Amanov, 14. Anar İsayev, 4. Hassan Mirzəye, 12. Həsən Camalzadə, 23. Orxan Allahverdiyev
Rəhbər: Orxan Allahverdiyev