[b]Çempion avrokuboklara yeni qapıçı ilə gedir[/b]
08.10.2017 - 14:05
[b]Çempion avrokuboklara yeni qapıçı ilə gedir[/b]

Gələn həftə UEFA kubokunun əsas mərhələsində çıxış edəcək “Araz” səfəröncəsi heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Alesio da Silvanın istəyi ilə EKOL və milli komandanın qapıçısı Emin Kürdov icarəyə götürülüb.

 

Təcrübəli qapıçı Anar Məmmədovu əvəzləyəcək. O, UEFA Kuboku oyunlarında 12 nömrəli forma altında meydana çıxacaq. E.Kürdov yalnız UEFA Kuboku çərçivəsində keçiriləcək oyunlarda “Araz”a kömək edəcək. Yüksək Liqanın matçlarında isə EKOL-un qapısını qoruyacaq. 

 

Yeri gəlmişkən, oktyabrın 9-da Rumıniyaya yollanacaq təmsilçimiz Bakı-İstanbul-Kluj reysi ilə hərəkət edəcək.

 

“Araz”ın heyətində bu oyunçular yer alacaq: 1. Rövşən Hüseynli (q), 12. Emin Kürdov (q), 5. Qabriel Bastos, 6. Eduardo Borges, 15. Karvalho dos Santos, 10. Maykon da Silva, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 3. Teles Thaqo, 11. Xətai Bağırov, 17. İsa Atayev, 18. Ramil Quliyev, 9. Oktay Rüstəmli

 

11 oktyabr
Saat 17:30.
“Araz” – “Mostar” (Bosniya və Herseqovino)
 

12 oktyabr
Saat 17:30.
“Luxol St Andreus” (Malta) – “Araz”
 

14 oktyabr
Saat 20:00.
“Araz” – “Deva” (Rumıniya)