İspaniya La Liqasının matçları ölkə xaricində keçirilə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu İspaniyanın Peşəkar Futbol Liqasının (PFL) prezidenti Xavyer Tebas deyib.
O bildirib ki, gələn mövsümdən ölkə çempionatının bəzi qarşılaşmalarının başqa ölkədə təşkil edilməsi gündəmdədi. Tebas, xüsusən də, derbilərin və “böyük oyun”ların ölkə xaricində keçirilməsinin mümkünlüyünü vurğulayıb: “İspaniya çempionatı dünya əyləncəsidi. Biz də La Liqanı beynəlxalq arenaya daşımaq istəyirik. Hazırda məsələ ilə bağlı danışıqlar aparırıq. Müzakirələr erkən mərhələdə olsa da, bu fikri dəstəkləyirik”.
Danışıqlar müsbət nəticələnərsə, La Liqanın ən maraqlı görüşləri ilk olaraq Çin və ABŞ-da keçiriləcək.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib