Azərbaycan çempionu “Araz” 3 rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz UEFA kuboku tarixində klublarımızın ən böyükhesablı qələbəsini qazanıb.
Belə ki, Makedoniyada keçirilən əsas mərhələnin qrup oyunlarında yerli “Zelezareç”lə görüş çempionumuz üçün görünməmiş nəticə ilə yekunlaşıb. 15:4 hesabı ilə məğlub edən Naxçıvan təmsilçisi 11 top fərqli qələbə ilə rekord vurub.
Bunadək ən böyük fərqə də elə “Araz” nail olmuşdu. Çempionumuz 2008-ci ildə “Şkövde”ni (İsveç) 11:1 hesabı ilə darmadağın edib.
Miltinyonun yetirmələri Makedoniyadakı qələbəsi həm də bir matçda vurulan qol sayında rekorddu. İndiyədək heç bir Azərbaycan klubu avrokubokda 15 qol vurmamışdı. Bunadək də rekord “Şkovde” ilə matçdakı 11 qol idi.
“Zelezareç”lə matç klublarımızın iştirakı ilə ən məhsuldar görüş olub. 19 qollu oyun 13 illik rekordu kölgədə qoyub. 2003-cü ildə “AMMK-Azercell” İtaliya “Prato”sunu 16 qollu matçda yenmişdi – 9:7.
Qeyd edək ki, bu qələbə klublarımızın UEFA kubokunda 10-cu böyükhesablı qələbəsidi. “Araz” 9-cu darmadağına sevionibsə, “Turan” AİR-in bir belə qələbəsi var.