[b]Çempionla vitse-çempionun oyununa soyuq münasibət - FOTO[/b]
19.09.2016 - 19:53
[b]Çempionla vitse-çempionun oyununa soyuq münasibət - FOTO[/b]

Topaz Premyer Liqasının V turu çərçivəsində az sonra start götürəcək “Qarabağ” – “Zirə” matçına maraq azdı. Apasport.az saytının məlumatına görə, oyunun keçiriləcəyi “Əlincə Arena”da boş yerlər “göz deşir”.

 

Ötən mövsümün qızıl və gümüş medalçılarının qarşılaşmasını təxminən 150-200 azarkeş izləyəcək.

 

Qeyd edək ki, “Qarabağ” – “Zirə” görüşü saat 20:00-da start götürəcək.

0