[b]Çempionlar Liqası finalı Avropadan kənarda keçirilə bilər[/b]
08.08.2017 - 20:02
UEFA Çempionlar Liqasının 2019/20 mövsümünün final oyunu Avropadan kənarda keçirilə bilər. Apasport.az saytının məlumatına görə, bu iddia ilə İspaniyanın “Marca” nəşri iddia ilə çıxış edib.
Bildirilib ki, qitənin ali futbol qurumu Avropa futbolunun kontingentini genişləndirmək üçün bu varianta əl atmağı düşünür. Artıq şəhərin adı da məlumdu. Böyük ehtimalla finala Nyu-York ev sahibliyi edəcək.
Qeyd edək ki, 2017/18 mövsümünün final matçı Kiyevdə keçiriləcək. 2018/19 finalının ev sahibliyinə isə paytaxtımız Bakı və Madrid namizəddir.
0
0