[b]Çempionlar Liqası nadir olayla üz-üzə[/b]
11.04.2018 - 11:20
[b]Çempionlar Liqası nadir olayla üz-üzə[/b]

Çempionlar Liqası nadir hadisənin astanasındadı. Apasport.az saytının məlumatına görə, yarımfinalın bu gün keçirilən görüşlərində sensasiya yaşanmasa, son 9 ildə ilk dəfə yarımfinalda 4 müxtəlif ölkə təmsil olunacaq.

 

Bunun üçün Almaniya “Bavariya”sı və İspaniya “Real”ı 1/4 final mərhələsini adlamalıdı. Hər iki komanda ilk matçda qalib gəldiyindən cavab görüşündə istəyinə çatacağı inandırıcı görünür.

 

Sonuncular İtaliya “Yuventus”unu, Münhen klubu isə “Sevilya”nı mübarizədən kənarlaşdırsa qitənin ən nüfuzlu turnirinin qalibi olmağa 4 ölkənin komandası iddia edəcək.

 

Belə ki, 1/4 finalın cavab oyunlarının ilk günü İtaliya “Roma”sı və İngiltərə “Liverpul”unun yarımfinala yüksəlməsi ilə nəticələnib. Əgər “Real”la “Bavariya” da adını bu raunda yazdırsa, finalın bir addımlığında İspaniya, İngiltərə, Almaniya və İtaliya təmsilçisi qalacaq.

 

Sonuncu dəfə 2009/10 mövsümündə belə hala təsadüf olunmuşdu. Həmin vaxt yarımfinalda İspaniya, İtaliya, Fransa və Almaniya komandaları çıxış edirdi.

 

Əgər eyni hal təkrarlansa, son 20 ildə 3-cü dəfə yarımfinalda 4 ölkə komandası olacaq. 2009/10-dan əvvəl belə hadisə 2003/04 mövsümündə qeydə alınmışdı.

 

Qeyd edək ki, ötən il yarımfinalda İspaniyanı 2 komanda – “Real” və “Atletiko” təmsil edirdi.

0