[b]Çempionlar Liqası: 1/8 finala yüksələn 4 komanda bəlli oldu [/b]
02.11.2016 - 09:11
[b]Çempionlar Liqası: 1/8 finala yüksələn 4 komanda bəlli oldu [/b]

Çempionlar Liqasında 1/8 finala ilk vəsiqələr sahibini tapıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin IV turunun ilk oyun günündən sonra 4 komanda növbəti mərhələyə yüksəlib.

 

Belə ki, A və D qruplarında ilk iki yerin sahibləri bəlli olub. Bu qruplarda son iki yeri tutan komandalar Avropa Liqasına vəsiqə verən 3-cü yer uğrunda mübarizə aparacaq.

 

A qrupunda “Arsenal” (İngiltərə) və PSJ (Fransa) 1/8 finala yüksəlib. Bu komandalar son iki turda 1-ci yerin sahibini müəyyənləşdirəcək. “Bazel” (İsveçrə) və “Lüdoqorets” (Bolqarıstan) 3-cü yer üçün “döyüşəcək”.

 

D qrupunda “Atletiko” (İspaniya) və “Bavariya” (Almaniya) ilk iki yerdən birini təmin edib. PSV (Hollandiya) və “Rostov” (Rusiya) isə Avropa Liqasına çıxmaq üçün mübarizə aparacaq.

 

Dünən oyunları keçirilən B və C qruplarında isə hər şey son turlarda həll olunacaq.