[b]Çempionlar Liqasında ilk dəfə: "Qapazaltı" gürcülər[/b]
11.07.2017 - 22:30
[b]Çempionlar Liqasında ilk dəfə: "Qapazaltı" gürcülər[/b]

Avrokuboklar tarixində 3-cü Azərbaycan klubu ilk hissədə 3 cavabsız qol vurub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsinin “Samtredia” ilə görüşündə fasiləyə 3:0 hesabı ilə yollanan “Qarabağ” rekordu təkrarlayıb.

 

Öz tarixində 2-ci dəfə fasiləyədək belə üstünlük qazanan ağdamlılar 10 il öncə Bakıda Polşa “Visla”sını da eyni duruma salmışdı. Amma həmin vaxt polşalılar ikinci hissədə 2 qolun əvəzini çıxmışdı.

 

“Qarabağ” kimi “Samtredia” da klublarımızla duellərdə 2-ci dəfə belə acınacaqlı vəziyyətə düşüb. Ötən il “Qəbələ” də ilk 45 dəqiqədə Gürcüstan klubuna 3 qol vurmuşdu.

 

Lakin əvvəlki hər iki məhsuldarlıq Avropa Liqasına təsadüf edib. Çempionlar Liqasında isə ilk bu gün yaşanıb. Söhbət təmsilçimizin fasiləyə 3:0 hesabı ilə üstün yollanmasından gedir.