[b]ÇL-də ilk turun ən yaxşı futbolçusu açıqlandı[/b]
15.09.2017 - 15:26
[b]ÇL-də ilk turun ən yaxşı futbolçusu açıqlandı[/b]

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər “Liverpul”un hücumçusu Məhəmməd Salaha üstünlük veriblər.

 

Belə ki, aparılan sorğunun nəticəsinə görə, 51 faiz səs toplayan misirli futbolçu həftənin ən yaxşısı seçilib. O, “Barselona”nın lideri Lionel Messini (20%) qabaqlayıb. İlk “üçlüy”ü isə 12 faiz səslə “Real”ın forvardı Kriştianu Ronaldo qapayır.

 

Bundan əlavə, Hames Rodriges (“Bavariya”) 7, Neymar (PSJ) 4, Romelu Lukaku (“Mançester Yunayted”) 3, Harri Keyn (“Tottenhem”) 2, Tayson (“Şaxtyor”) isə 1 faiz səs toplayıb.

 

Qeyd edək ki, “Liverpul”un “Sevilya” ilə heç-heçə etdiyi (2:2) qarşılaşmada Məhəmməd Salah 1 qol vurub.

0