[b]Çempionlar Liqasında ilklər[/b]
16.03.2017 - 10:01
[b]Çempionlar Liqasında ilklər[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Monako” ilə görüşü “Mançester Siti” ilə duelləri ilklərlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisi Çempionlar Liqasının ilk qarşılaşmada 5 qol vurub, mərhələ keçə bilməyən ilk komanda kimi tarixə düşüb.

 

1992-ci ildən keçirilən indiki formatda belə hadisə yaşanmamışdı. Evdə 5:3 hesablı qələbə qazanan mançesterlilər səfərdəki 1:3 hesablı yenilgi ilə turnirlə vidalaşıb.

 

Duel məğlubların baş məşqçisi Pep Qvardiola üçün də ilklə əlamətdar olub. O, çalışdırıcılıq karyerasında ilk dəfə 1/8 finalda mübarizəni dayandırıb.