Çempionlar Liqasında qrup mərhələsinin son turunun simvolik heyəti açıqlanıb. Apasport.az-ın “Daily Telegraph” nəşrinə istinadən məlumatına görə, rəmzi “11-lik”də 8 komandanın oyunçuları yer alıb.
Ən çox futbolçu ilə PSJ, “Bavariya” və “Barselona” təmsil olunur. Həmin komandaların hər birinin 2 üzvü heyətə düşüb.
Simvolik heyət:
Qapıçı: Kevin Trapp (PSJ, Fransa)
Müdafiəçilər: Xuanfran (“Atletiko”, İspaniya), Tiaqo Silva (PSJ, Fransa), Corcio Kyellini (“Yuventus”, İtaliya), David Alaba (“Bavariya”, Almaniya)
Yarımmüdafiəçilər: Villian (“Çelsi”, İngiltərə), Serxio Buskets (“Barselona”, İspaniya), Kriştianu Ronaldo (“Real”, İspaniya)
Hücumçular: Luis Suares (“Barselona”, İspaniya), Halk (“Zenit”, Rusiya), Robert Levandovski (“Bavariya”, Almaniya)