Dünən İspaniya La Liqasının XXXVIII turunda “Malaqa” üzərində qələbə qazanan (2:0) “Real” tarixində 33-cü dəfə ölkə çempionu olub. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “kral klubu” gecə səhərə qədər çempionluğu azarkeşləri ilə birlikdə qeyd edib.
Qarşılaşmadan dərhal sonra təyyarə ilə Madridə qayıdan paytaxt təmsilçisi şəhərin meydanlarında üstü açıq avtobusla gəzib. Ən böyük coşğu isə Kibela meydanında olub. Orda saatlarla komandanı gözləyən 30 minə yaxın azarkeşlərlə görüşən “Real”ın futbolçu və məşqçi heyəti çempionluqla bağlı şüarlara qoşulub.
Diqqətçəkən ən önəmli məqam “Real” futbolçularının əzəli rəqib “Barselona”nı ən sevincli günündə də unutmamaları olub. Belə ki, bir qrup futbolçu “Barsa”nın, xüsusən də, Kataloniya klubunun müdafiəçisi Xerard Pikenin ünvanına təhqir dolu ifadələr işlədib. Futbolçular və azarkeşlər eyni zamanda Madridin digər klubu “Atletiko”nu da söyüşlərə qonaq ediblər.
Sonda “Real”ın kapitanları Serxio Ramos və Marselo hər dəfə olduğu kimi, Kibela heykəlinin üzərinə çıxaraq, klubun bayrağını ordan asıblar.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA