[b]Çempionun oyunu üçün 1 manat[/b]
28.04.2017 - 13:38
Azərbaycan Premyer Liqasının sonuncu turu çərçivəsində keçiriləcək "Neftçi” – "Qarabağ” oyununun biletləri satışa çıxarılıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər biletləri 8-ci km qəsəbə stadionunun kassalarından əldə edə bilərlər.
Fanatlar matçı izləmək üçün 1 manatlarından keçməli olacaqlar. VİP yerlər üçün qiymət isə 5 manatdı.
Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Qarabağ” qarşılaşması saat 17:00-da başlayacaq. Son tur öncəsi "Qarabağ" çempionluğunu rəsmiləşdiribsə, "Neftçi" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
- “Real”ın sabiq kapitanı “Xetafe”yə keçdi – RƏSMİ
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ
0
0