[b]Cerrard İngiltərə yığmasına qayıdır?[/b]
10.03.2017 - 13:27
[b]Cerrard İngiltərə yığmasına qayıdır?[/b]

“Liverpul”un əfsanəvi kapitanı Stiven Cerrard İngiltərə yığmasına qayıda bilər. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bu dəfə futbolçu yox, məşqçi kimi millinin uğurları üçün çalışmağa hazırlaşır.

 

Ötən ilin noyabrında karyerasını bitirən Cerrard bu ilin əvvəlində “Liverpul”un akademiyasında məşqçiliyə başlayıb. Lakin bu da onun millidə çalışmasına əngəl törətməyəcək. Belə ki, İngiltərə Futbol Assosiasiyasının texniki direktoru Den Eşvort Cerrardla görüşdə 37 yaşlı gənc mütəxəssisə eyni vaxtda hər iki yerdə çalışmağı təklif edib.

 

Qeyd edək ki, Stiven Cerrard 2000-2014-cü illərdə formasını geyindiyi İngiltərə yığmasında 114 oyun keçirib və 21 qola imza atıb.