[b]Yığmamızın oyununa nə qədər bilet satılıb?[/b]
11.10.2016 - 22:05
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimiz səfərdə Çexiya ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Ostrava şəhərinin “Vitkovitse” stadionunda keçiriləcək görüşə maraq kifayət qədərdi.
Belə ki, oyun üçün satışa çıxarılmış 15 min biletdən artıq 13 mini azarkeşlər tərəfindən alınıb.
Qeyd edək ki, Çexiya – Azərbaycan oyunu bu gün saat 22:45-də start götürəcək.
0
0